“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırıb

Tokio, 12 avqust , /AJMEDIA/

Paytaxtın “Neftçi” futbol klubu UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də cavab oyununa çıxıb.
AJMEDIA xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın kollektivi səfərdə Avstriyanın “Rapid” (Vyana) komandası ilə qarşılaşıb.
Bakı təmsilçisinin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Voislav Stankoviç, Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber, Qodsvey Donyo, Kenni Sayef və Yusuf Laval yer alıblar.
“Rapid”in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Nikolas Gerrit-Kün, Torsten Şik, Maksimimilan Hofmann, Martin Kostselnik, Patrik Qrayl, Marko Qrüll, Ante Bayiç, Nikolas Satlberger və Qvido Burqştaller çıxıblar.
Vyanadakı “Alyans” stadionunda oynanılan səfər qarşılaşmasını norveçli hakim Rohit Saqqi idarə edib.
Qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb. İlk hissədə “Neftçi”nin müdafiəçisi Azər Salahlı zədələndiyi üçün onun yerinə 20-ci dəqiqədə meydana Mert Çelik daxil olub. Otuz yeddinci dəqiqədə komandamızın futbolçusu Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Görüşdə hesabı ikinci hissədə rəqib komanda açıb. Qarşılaşmanın 66-cı dəqiqəsində meydan sahiblərinin heyətində Marko Qrüll fərqlənib. Paytaxtımızda təşkil olunmuş matçda “Neftçi” 2:1 hesabı ilə qalib gəldiyi üçün bu görüşdə əlavə vaxta oynanılıb. Əvvəlcə oyunda zədələnən Kenni Sayefi Azər Əliyev əvəz edib. “Rapid” 112-ci dəqiqədə Ferdi Druifun vurduğu qolu sayəsində hesab arasındakı fərqi artırıb. Beləliklə, rəqibinə 0:2 hesabı ilə məğlub olan “Neftçi” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Bu matçın qalibi olan “Rapid” yekun hesabda 3:2 hesabı ilə üstün olaraq turnirin növbəti – pley-off mərhələsində yüksəlib. Onun rəqibi Lixtenşteynin “Vaduts” klubu olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts