“Neftçi” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb

Tokio, 13 mart , /AJMEDIA/

“Neftçi” futbol klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.
AJMEDIA Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XXVI turuna təsadüf edib. Bakı klubu səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib.
Paytaxt təmsilçisi ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb. Komanda evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.
Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.
Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan Ağdam təmsilçisi 505 dəfə rəqibini məğlub edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts