Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçiriləcək

Tokio, 17 mart , /AJMEDIA/

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 29-da Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, 300-ə yaxın riyaziyyat müəlliminin iştirakı ilə təşkil olunacaq forumda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev “Gələcəyi inşa edən riyaziyyatçı müəllim və istedadlı uşaqlar”, təhsil üzrə tədqiqatçı Afərin Əkbərli isə “Riyaziyyatın tədrisində müasir trendlər” mövzularında çıxış edəcəklər.

Forumda müxtəlif sualların cavablandırılması və müzakirələrin aparılması nəzərdə tutulur.

Tədbirin keçirilməsində məqsəd müxtəlif istiqamətlər üzrə şagird nailiyyətlərinin artırılmasında müəllimlərə dəstək olmaqdır.

Qeyd edək ki, gələcəkdə digər fənlər üzrə də forumların keçirilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts