Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında qarşıda duran vəzifələr müzakirə olunub

Tokio, 18 yanvar, /AJMEDIA/

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında ötən ilin yekunları və 2022-ci il qarşıda duran vəzifələr müzakirə olunub.

AJMEDIA-nın məlumatına görə AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yığıncaqda çıxış edən şuranın sədri Anar İbrahimov qurumun fəaliyyətini 2021-ci il üçün tərtib olunmuş İş planına və Tədbirlər proqramına uyğun davam etdirdiyini qeyd edib. Bildirib ki, ötən il yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Məclisinin birinci iclası keçirilib, şuranın və tabe təşkilatların 2021-ci ilə dair illik statistik hesabatları tərtib və təsdiq edilib, daxil olan ərizə və şikayətlərə vaxtında və qanunun tələbləri əsasında baxılıb, bir çox təşkilatlarda müddəti başa çatmış kollektiv müqavilələr yenilənib, ittifaq üzvlərinin sağlamlığının qayğısına qalınıb, onlar kurort və sanatoriya yollayışları ilə təmin olunublar. Şura hazırda 763 ilk həmkarlar ittifaqı təşkilatını, 10 Birləşmiş Həmkarlar İttifaqı Komitəsini, 6 muxtar respublika komitəsini özündə birləşdirir. İttifaq üzvlərin sayı isə 46 min 134 nəfərdir.

Diqqətə çatdırılıb ki, bu gün şuranın sıralarında olan gənclər hərtərəfli diqqət və qayğı ilə əhatə edilib. Ötən il 3 fəal ittifaq üzvü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 2020-ci il üzrə “Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında” keçirdiyi müsabiqənin qalibi fəxri adına layiq görülüb, onlara konfederasiyanın fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edilib. Həmin ay Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası – “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsinin qalibi olub. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin kollektivinə konfederasiyanın fəxri diplomu və qiymətli hədiyyəsi, şura tərəfindən isə bir qrup əməkdaşa fəxri fərman və pul mükafatı verilib.

Bildirilib ki, şura Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 2021-ci il üzrə “Əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında” keçirdiyi müsabiqədə fəal iştirak edir. Bu məqsədlə dekabr ayının 27-si şurada müsabiqə komissiyası yaradılıb.

Yığıncaq məruzə ətrafında çıxışlarla yekunlaşıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts