Müslüm Maqomayev Fondu terror aktından zərərçəkənlərə yardım göstərilməsində iştirak edəcək

Tokio, 25 mart , /AJMEDIA/

Azərbaycan əsilli rusiyalı sahibkar Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fondu “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində zərər çəkənlərə yardım göstərilməsində iştirak edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə RBK telekanalına “Krokus” Şirkətlər Qrupunun keçmiş birinci vitse-prezidenti Emin Ağalarov məlumat verib.

O qeyd edib ki, Araz Ağalarov “Crocus City Holl”un bərpası ilə bağlı qərarı ölkənin ümumi rəyi əsasında verəcək.

Emin Ağalarov binanın bərpa olunacağı təqdirdə yeni zalda terror aktı zamanı həlak olanların xatirəsinə abidə ucaldılacağına da aydınlıq gətirib: “Təbii ki, biz bütün bunları nəzərdən keçiririk. Ancaq indi, hazırda bir az fərqli prioritetlərimiz var. Biz zərərçəkənlərə maksimum yardım göstərmək, Müslüm Maqomayev Fondunu bu işə cəlb etmək və xilasedicilərə dağıntıları təmizləməkdə kömək etmək istəyirik. Hələ ki, ilk planlarımız bunlardır”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts