“Monako” futbol klubunun baş məşqçisi istefaya göndərilib

Tokio, 2 yanvar, /AJMEDIA/

Fransanın “Monako” futbol klubunun rəhbərliyi baş məşqçi Niko Kovaçı istefaya göndərmək qərarına gəlib.

AJMEDIA-nın məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Bildirilib ki, “Monako” yaxın vaxtlarda yeni baş məşqçisinin adını açıqlayacaq.

“Monako” komandası 19 oyunda 29 xal toplayaraq Fransa çempionatının cədvəlində altıncı yerdədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts