MMA döyüşçümüz Zəfər Abdürrəhmanov növbəti görüşünü keçirəcək

Tokio, 17 aprel , /AJMEDIA/

Azərbaycanın “ASED FC” liqasının və “Əhməd” klubunun MMA döyüşçüsü Zəfər Abdürrəhmanov növbəti peşəkar görüşünü keçirəcək.
AJMEDIA xəbər verir ki, təmsilçimiz aprelin 29-da Tbilisidə “GFC – Georgian Fighting Championship” liqasının 20-ci seriyasında Ermənistan idmançısı Narek Qalstyan ilə qarşılaşacaq.
Z.Abdürrəhmanov “AFC-13” turnirində son döyüşündə qələbə qazanaraq bu görüşdə Azərbaycanı təmsil etmək hüququ qazanıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts