Messi dünya çempionatının ən yaxşı futbolçusu seçilib

Tokio, 19 dekabr , /AJMEDIA/

Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib. O, “Qızıl top” mükafatını alıb.
AJMEDIA xəbər verir ki, dünya çempionatında Messi 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qətər mundialında Argentina millisi qrup mərhələsində Polşa, Meksika və Səudiyyə Ərəbistanını qabaqlamağı bacarıb. Pley-off mərhələsində Argentina komandası Avstraliya, Niderland və Xorvatiya seçmələrini məğlub edib. Finalda isə Fransa yığmasını məğlub edən Argentina dünya çempionu adını qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts