Meksikada həbsxanaya hücum nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Tokio, 2 yanvar , /AJMEDIA/

Meksikanın şimalındakı Çihuahua ştatının Syudad Xuarez şəhərindəki 3 saylı həbsxanaya silahlı hücum nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Hücum edənlərin köməyi ilə 20-dən çox məhbus həbsxanadan qaçmağa nail olub.
AJMEDIA xarici KİV-lərə istinadla bildirir ki, ölənlərdən 10-u gözətçi, 7-si isə məhbusdur. Həbsxananın daha 3 əməkdaşı və 10 məhkum yaralanıb”.
Qeyd edək ki, Meksika prokurorluq orqanları əvvəlcə 10 təhlükəsizlik işçisinin və 4 məhbusun öldüyü barədə məlumat yaymışdı.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. İndiyədək hücumu təşkil etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts