Medianın İnkişafı Agentliyi ATƏT-in Vyanada keçirilən tədbirində təmsil olunub

Tokio, 19 may , /AJMEDIA/

Mayın 16-17-də Avstriyanın paytaxtı Vyana şəhərində “Böhran dövrlərində demokratik təsisatların fəaliyyəti” (The Functioning of Democratic Institutions in Times of Crisis) mövzusunda ATƏT-in insan ölçüsü üzrə ikinci əlavə görüşü keçirilib.
Medianın İnkişafı Agentliyindən AJMEDIA-ya bildiriblər ki, ATƏT-in Polşa sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (The Polish OSCE Chairmanship and OSCE Office for Democratic Institutions and Human Rights (ODIHR) tərəfindən təşkil edilən görüşün üçüncü sessiyasında böhran dövrlərində media plüralizminin əhəmiyyəti, həmçinin etibarlı və keyfiyyətli informasiyaya əlçatanlığın vacibliyi kimi məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əməkdaşları da iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts