Mayamidə güclü yağışlar hərəkəti iflic edib

Tokio, 5 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, ABŞ-ın Florida ştatında tüğyna edən güclü yağış səbəbindən Mayamidə yolları su basıb.

Qeyd olunur ki, şəhərin bəzi küçələrində vəziyyət o həddə çatlb ki, içərisində insanların olduğu avtomobillər evakuasiya edilməli olub.

Yerli hakimiyyət orqanları yollarda vəziyyətin təhlükəli olduğu barədə xəbərdarlıq edib. Sakinlərə ünvanlanmış müraciətlərdə onlar su basmış yollara çıxmamaq və avtomobil idarə etməməyə çağırılır. Qeyd olunur ki, su basmış ərazilərdə elektrik naqilləri və yeraltı çatlar kimi təhlükələr ola bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts