Liverpulda baş verən partlayışdan sonra Birləşmiş Krallıqda terror təhlükəsi ilə bağlı ehtiyat tədbirləri gücləndirilib

Tokio, 17 Noyabr, /AJMEDIA/

Böyük Britaniyanın Liverpul şəhərində baş verən partlayışdan sonra ölkədə terror təhlükəsi ilə bağlı ehtiyat tədbirləri gücləndirilib.

AJMEDIA xəbər verir ki, daxili işlər naziri Priti Patel terror təhlükəsi səviyyənin əhəmiyyətlidən ciddiyə qaldırıldığını açıqlayıb.

Ölkədə 5 təhlükə səviyyəsi var: kritik, ciddi, əhəmiyyətli, orta və aşağı.

Kritik səviyyə o deməkdir ki, terror aktının hər an baş verə biləcəyinə dair konkret kəşfiyyat məlumatı var, ciddi səviyyə isə belə bir məlumat olmasa da, hücum ehtimalının yüksək olduğunu göstərir.

Qeyd edək ki, noyabrın 14-də Liverpuldakı qadın xəstəxanasının qarşısında baş verən və bir nəfərin ölümünə səbəb olan partlayışın terror aktı olduğunu açıqlanmışdı. Yaxın Şərqdən olan qaçqın 32 yaşlı Al Svelmen adlı sərnişinin əldəqayırma partlayıcının partlaması nəticəsində həyatın itiridiyi bildirilmişdi. Terrorla mübarizə üzrə regional bölmənin rəhbəri Russ Cekson bildirib ki, taksidəki sərnişin özü partlayıcı hazırlayıb və onlar partlayışın bundan qaynaqlandığını düşünürlər. Cekson qeyd edib ki, partlayışın törədilməsində məqsəd hələlik məlum deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts