KXDR-in növbəti raket sınağı Cənubi Koreya və Yaponiyada narahatlıq doğurub

Tokio, 19 Oktyabr, /AJMEDIA/

Bu gün səhər saatlarında Şimali Koreya sualtı qayıqlar üçün nəzərdə tutulan ballistik raketi sınaqdan keçirib.

AJMEDIA Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, sualtı qayıqların istehsalı üçün nəzərdə tutulan tərsanənin yerləşdiyi Sinpho şəhərinin kənarından Yapon dənizi istiqamətinə atılan təyin olunmamış mərmi 60 kilometr yüksəkliyə qalxıb və 430-450 kilometr məsafə qət edib.

Yaponiya artıq yaranan vəziyyətlə bağlı KXDR-ə etiraz göndərib. Bu ölkənin müdafiə naziri Nobuo Kisi Şimali Koreyanın raket sınaqlarının bütün ölkələrə təhdid olduğunu vurğulayıb. Koreya Respublikası da Pxenyanın keçirdiyi raket sınaqlarından narahatlığını bildirib.

Qeyd edək ki, bu, cari ildə KXDR-in keçirdiyi sayca səkkizinci raket sınaqlarıdır. Sentyabr ayının sonlarında Pxenyan ilk dəfə olaraq Yapon dənizi istiqamətində yeni “Hvason-8” hipersəs raketini buraxmışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts