Kim Çen In hava-desant təlimlərinə rəhbərlik edib

Tokio, 16 mart , /AJMEDIA/

KXDR lideri Kim Çen In Şimali Koreya ordusunun hava-desant qoşunlarının bu həftə keçirilən təlimlərinə rəhbərlik edib.

AJMEDIA xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Məlumata görə, Şimali Koreya liderini KXDR-in müdafiə naziri Kan Sun Nam və Baş Qərargah rəisi Li Yon Qir müşayiət edib.

Kim Çen In Şimali Koreya ordusunun qarşısında duran əsas vəzifənin “müharibəyə hazırlaşmaq” olduğunu bildirib.

“Bütün hərbi qulluqçular düşmənə müqavimət göstərməli və müharibə başlayarsa, tarixi yenidən yazmağa hazır olmalıdırlar”, – deyə Kim Çen In vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts