Karateçilərimiz Rabatda Premyer Liqa turnirində mübarizəyə başlayıblar

Tokio, 15 may , /AJMEDIA/

Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin üçüncü mərhələsi başlayıb.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, yarışda iştirak edən 3 idmançımızdan ikisi mübarizəyə başlayıb. Yarımfinalda qələbəni əldən verən Əminağa Quliyev (60 kg) bürünc medal uğrunda görüşə qatılacaq. Onun rəqibi dörddəbir finalda yerli idmançıya məğlub olan digər karateçimiz Sultan Hüseynov olacaq. Medal görüşləri bazar günü keçiriləcək.
Mayın 15-dək davam edəcək turnirdə 48 ölkədən 238 idmançı iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts