Karate1 Premyer Liqa turnirinin ikinci günündə 9 idmançımız mübarizə aparacaq

Tokio, 3 sentyabr , /AJMEDIA/

Bakıda Karate1 Premyer Liqa turniri davam edir.
AJMEDIA xəbər verir ki, turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.
Yarışın ikinci günündə 9 idmançımız – Roman Heydərov (kata), Pənah Abdullayev, Turqut Həsənov, Ayxan Mamayev (hamısı 84 kq), Asiman Qurbanlı, Murad Hacızadə (hər ikisi +84 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) güclərini sınayacaq.
Milli komadamızın iki üzvü medallar uğrunda mübarizə aparmaq imkanı əldə edib. Belə ki, Əminağa Quliyev (60 kq) birinci, Tural Ağalarzadə (66 kq) isə üçüncü yer uğrunda yarışacaq.
Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts