“Kəpəz” klubu Antalyada Macarıstan, Serbiya və Qazaxıstan klubları ilə qarşılaşacaq

Tokio, 2 yanvar , /AJMEDIA/

Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Kəpəz” futbol klubunun yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.
AJMEDIA kluba istinadla xəbər verir ki, yanvarın 14-də keçiriləcək ilk görüşdə Gəncə təmsilçisi Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcək. Baş məşqçi Tərlan Əhmədovun komandası yanvarın 16-da Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq. Ayın 18-də oynanılacaq sonuncu matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts