“Kəpəz” heyətinə yeni qatdığı qapıçı Mario Mustapiçlə yollarını ayıra bilər

Tokio, 19 oktyabr , /AJMEDIA/

Gəncənin “Kəpəz” klubu bir müddət əvvəl heyətinə qatdığı qapıçı Mario Mustapiçlə yollarını ayıra bilər.
AJMEDIA xəbər verir ki, xorvatiyalı qolkiperin keçidi ilə bağlı problem yaranıb. Mustapiçin transfer vərəqinin gəlib çıxmamasına görə Gəncə klubu hələ də futbolçunu qeydiyyatdan keçirə bilməyib. Onun son klubu “Rudes” prosesi gecikdirir. Bu səbəbdən 22 yaşlı qapıçı Peşəkar Futbol Liqasına sifariş edilməyib. Əgər bir həftə ərzində də problem həll olunmasa klub qapıçı ilə yollarını ayırmalı olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts