İtaliyalı yazıçının “Qarabağ” klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb

Tokio, 17 may , /AJMEDIA/

İtaliyalı yazıçı Emmanuele Culianellinin Ağdamın “Qarabağ” futbol klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.
AJMEDIA xəbər verir ki, yazıçı bu barədə tviterdə paylaşım edib.
Həmin kitabın onlayn versiyasını müxtəlif platformalarda əldə etmək mümkündür.
“Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabı 16,99 funt sterlinqə satışa çıxarılıb.
Qeyd edək ki, E.Culianelli bu kitabı 2018-ci ildə italyan dilində təqdim edib. İngilis versiyası isə bu ilin martında işıq üzü görüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts