İtaliyada VAR sistemi üzrə futbol hakimlərinin danışıqları açıqlanacaq

Tokio, 17 Noyabr, /AJMEDIA/

İtaliya VAR (video-köməkçi hakim) sistemi üzrə hakimlərin danışıqlarını paylaşmağa hazırlaşır.

AJMEDIA xəbər verir ki, bu barədə İtaliya Hakimlər Komitəsinin sədri Alfredo Trentalange deyib.

VAR dialoqlarının paylaşılmasında hər hansı maneə olmadığını bildirən A.Trentalange deyib: “Bizim heç nəyi gizlətmək fikrimiz yoxdur. Tezliklə bu istiqamətdə addım atacağıq və VAR danışıqlarını hər kəslə paylaşacağıq. O zaman hamı hakimlərin xoş niyyətini görəcək”.

Komitə sədri VAR sisteminin futbolda haqsızlığı aradan qaldırdığını və hakimlərin ixtisaslaşması üçün yaxşı təcrübə olduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts