İtaliyada şahmat festivalında Gövhər Beydullayeva növbəti qələbəsini qazanıb

Tokio, 8 yanvar, /AJMEDIA/

İtaliyada şahmat festivalı davam edir.

AJMEDIA xəbər verir ki, yarışın güclü A turnirində çıxış edən Azərbaycan şahmatçısı Gövhər Beydullayeva 7-ci turda qələbə qazanaraq xalların sayını 4,5-ə çatdırıb. O, bu nəticə ilə liderdən 1 xal geri qalaraq 15-32-ci yerləri bölüşür. Digər şahmatçımız Ülviyyə Fətəliyeva isə rəqibinə məğlub olub. Təmsilçimiz 4 xalla 33-59-cu yerləri bölüşür.

A turnirində 30-u qrossmeyster olmaqla, 124 şahmatçı mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts