İtaliya humanitar gəmidəki daha 73 miqrantı qəbul edib

Tokio, 12 yanvar , /AJMEDIA/

İtaliya Aralıq dənizində üzən humanitar gəmidəki daha 73 miqrantı qəbul edib.
AJMEDIA xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Geo Barents” gəmisi İtaliyanın Ankona limanına yan alıb. Gəminin son günlərdə Liviya sahillərində xilas etdiyi 73 nəfər tibbi yoxlamalardan sonra sığınacaqlara göndərilib.
Xatırladaq ki, İtaliya dekabrda Aralıq dənizində üzən humanitar gəmilərdəki 500-dən çox miqrantı qəbul edib. 2022-ci il ərzində isə ölkəyə 104 min 61 miqrant gəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts