İstanbulda terror aktı qurbanlarının xatirəsi anılır

Tokio, 15 noyabr , /AJMEDIA/

İstanbulun Beyoğlu rayonunda dünən törədilən terror aktının qurbanların yad edilməsi ilə bağlı anım mərasimi keçirilir.
AJMEDIA xəbər verir ki, Türkiyə bayraqlarına bürünən İstiqlal prospektinə insanlar axın edir, hadisənin törədildiyi əraziyə güllər qoyurlar. Bölgəni ziyarət edənlər arasında həmvətənlərimiz də var.
Ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, İstanbulda təhsil alan tələbələr, bu şəhərdə yaşayan və işləyən azərbaycanlılar İstiqlal prospektinə gələrək hadisə qurbanlarının xatirəsini yad ediblər.
Hadisə yerində olan həmvətənimiz, İstanbulda təhsil alan və eyni zamanda qardaş ölkədə jurnalist kimi fəaliyyət göstərən Səidə Ömər AZƏRTAC-a müsahibəsində deyib: “Dünən İstanbulun mərkəzi sayılan İstiqlal prospektində baş verən qanlı hadisə hamı kimi məni də dərindən sarsdı. Beş ildir ki, Türkiyədə təhsil alıram. Olduğum heç bir yerdə özümü təhlükədə hiss etməmişəm. Bura bizim ikinci Vətənimizdir. Bu gün Taksim al bayraqlara bürünüb. Ürəyimiz parçalanır, deməyə söz tapmıram. Terror hadisəsini törədənləri lənətləyirik. Bu hadisədə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.
Anım mərasimində yerli əhali ilə yanaşı əcnəbilər də iştirak edir, əraziyə güllər qoyurlar

Follow us on social

Facebook Twitter Youtube

Related Posts