İspaniya La Liqası: “Barselona” klubu rəqibini darmadağın edib

Tokio, 24 oktyabr , /AJMEDIA/

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.
AJMEDIA xəbər verir ki, Kataloniya təmsilçisi “Kamp Nou” stadionunda keçirilən görüşdə “Atletik Bilbao”nu 4:0 hesabı ilə məğlub edib.
“Barselona”nın heyətində Osman Dembele 12-ci, Serxi Roberto 18-ci, Robert Levandovski 22-ci, Ferran Torres isə 73-cü dəqiqələrdə fərqləniblər.
Bu nəticədən sonra xalını 28-ə çatdıran “Barselona” klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 31 xalla “Real Madrid” başçılıq edir. “Atletiko Madrid” isə 23 xalla 3-cüdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts