İspaniya Futbol Federasiyasının ofisində axtarış aparılıb

Tokio, 20 mart , /AJMEDIA/

Polis İspaniya Krallığı Futbol Federasiyasının (RFEF) ofisində axtarış aparıb.

AJMEDIA xəbər verir ki, axtarış prokurorluğun apardığı korrupsiya təhqiqatı çərçivəsində həyata keçirilib.

Madrid prokurorluğu bildirib ki, Federasiya iş adamları ilə korrupsiya əlaqələrində və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Səhər saatlarında başlayan axtarış iş gününün sonunda başa çatıb. Əməliyyat zamanı Federasiyanın üzvləri və jurnalistlər binaya buraxılmayıb.

İstintaq çərçivəsində ölkə üzrə 11 ünvanda axtarış həyata keçirilib. Yeddi nəfər şübhəli şəxs qismində dindirilib.

İspaniya Futbol Federasiyasının rəhbərliyi məsələyə münasibət bildirməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts