İranda iğtişaşların daha bir iştirakçısı edam olunub

Tokio, 12 dekabr , /AJMEDIA/

İranda kütləvi ixtisaslar zamanı təhlükəsizlik qüvvələrinin iki əməkdaşını qətlə yetirən şəxs edam olunub.
AJMEDIA xəbər verir ki, Məcidrza Rahanavard bıçaqla polis əməkdaşları Hüseyn Zeynalzadə və Daniyal Rezazadəyə ölümcül xəsarətlər yetirməkdə ittiham olunurdu. Şahidlərin ifadələrinə görə, cinayətkar hadisə yerindən uzaqlaşan zaman yoldan keçən insanlara da hücum edib. O, ölkəni tərk edərkən saxlanılıb.
Bu, İranda iğtişaşlarla bağlı icra olunan ikinci edam hökmüdür. Bir neçə gün əvvəl Möhsün Şekari adlı şəxs Tehranda kütləvi iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşını bıçaqla yaraladığına görə ölüm cəzasına məhkum edilmişdi.
Sentyabrın 16-da İranda Məhsa Əmininin ölümündən sonra başlayan iğtişaşlar səngimək bilmir. Rəsmi versiyaya görə, geyim qaydasını pozduğuna görə polis tərəfindən saxlanılan 22 yaşlı gənc qız dindirilmə zamanı ürək tutmasından vəfat edib. Lakin sosial şəbəkələrdə onun polis tərəfindən döyülərək öldürülməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra ölkədə kütləvi nümayişlər başlayıb. İğtişaşlar nəticəsində çox sayda insan həlak olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts