İndoneziya yaxınlığında 6 bal gücündə zəlzələ olub

Tokio, 5 Dekabr, /AJMEDIA/

Dekabrın 5-də səhər saatlarında İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Şimali Maluku əyalətinin Tobelo şəhərindən 268 kilometr şimalda, ocağının 33 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts