İndoneziya sahillərində 6 bal gücündə zəlzələ olub

Tokio, 22 yanvar, /AJMEDIA/

Yanvarın 22-də İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentrinin Şimali Sulavesi əyalətində, 450 mindən çox əhalisi olan Manado şəhərindən 319 kilometr şimal-şərqdə, ocağının 24 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Sunami xəbərdarlığı elan edilməyib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts