İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançıları təbrik edib

Tokio, 4 sentyabr, /AJMEDIA/

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva və Orxan Aslanovu təbrik edib.

Bu barədə dövlət başçısı “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”

Follow us on social

Facebook Twitter Youtube

Related Posts