“Heydər Əliyev İli”nə həsr olunmuş kitab sərgisi keçirilib

Tokio, 17 iyun , /AJMEDIA/

ADTM Tərcümə Agentliyinin təşkilatçılığı ilə şəhərin mərkəzi Sabir bağında müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən AJMEDIA-ya bildirilib ki, kitaba, mütaliəyə sevgi aşılanması, oxucu zövqünün formalaşdırılması niyyətini daşıyan sərgi çərçivəsində ADTM-nın müxtəlif dövrlərdə ərsəyə gətirdiyi yerli və xarici nəşrlərin, dünya ədəbiyyatı nümunələrinin, Azərbaycanın klassik və müasir ədəbiyyatlarının, uşaq ədəbiyyatı və ensiklopediyaların, lüğət və sözlüklərin nümayişi və güzəştli satışı həyata keçirilib, Saday Budaqlı, İlqar Əlfioğlu, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev, Rəbiqə Nazimqızı, Etimad Başkeçid, Salam Sarvan kimi tanınmış yazıçı və şairlərlə görüşlər, imza günləri təşkil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts