Tokio, 19 aprel , /AJMEDIA/
Aprelin 21-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi növbəti dəfə balacalar üçün “Cırtdan” tamaşasını nümayiş edəcək.
Teatrdan bildirilib ki, səhnə əsərinin qurulmasında məqsəd azyaşlıların bədii-estetik zövqünü formalaşdırmaqdır.
Balacalara maraqlı anlar bəxş edən tamaşa eyni zamanda, yaradıcı sənətə məhəbbət aşılayır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.