Adil Kərimli: Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb

Tokio, 1 may , /AJMEDIA/

Dünyada gərginlik və qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycan bütün inanc ənənələrinin davamçılarının çiyin-çiyinə, hörmət və anlayışla yaşadığı ölkə olaraq qalır. Bu, tariximizin qiymətli mirasıdır.

AJMEDIA xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.

Nazir bildirib ki, Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb: “Mədəni və dini fərqlərin bəşəriyyəti bir-birinə zidd tayfalara böldüyü bir vaxtda Azərbaycan təvazökarlıqla dünyada ümid çırağına çevrilir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts