Gürcüstan hökuməti ölkənin elektrik enerjisi sistemini yenidən qurmaq niyyətindədir

Tokio, 10 aprel , /AJMEDIA/

Ölkənin elektrik enerjisi istehsalının yenidən qurulması və yerli istehsalın artırılması Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a Gürcüstanın Davamlı İnkişaf və İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hökumət 2030-cu ilədək ölkədə külək enerjisi istehsalını 20 faiz, günəş enerjisi istehsalını isə 5 faiz artırmağı planlaşdırır.

Qeyd olunub ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar Abu Dhabi Future Energi” kompaniyası Gürcüstanın elektrik enerjisi sisteminin yenidən qurulmasına maraq göstərir. Bir neçə gün əvvəl ərəb nümayəndə heyəti Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili ilə görüşüb.

“Masdar” ölkənin elektrik enerjisi sisteminə investisiya qoymaq niyyətindədir. 2021-ci ilin sonlarında “Masdar” Gürcüstanda 100 MBt gücündə günəş enerjisi istehsal edəcək stansiyanın tikintisi ilə əlaqədar Gürcüstanın Elektrik Enerjisinin İnkişafı Fondu ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, tərəflər günəş elektrik stansiyasının texniki göstəriciləri, kommersiya şərtləri, maliyyə və gələcək inkişaf perspektivləri ilə bağlı layihə hazırlamalıdırlar.

Qeyd edək ki, 2021-ci ildə Gürcüstan 13,7 milyard kVt/saat elektrik enerjisi istehlak edib. Bunun da 12,6 milyard kVt/saatını yerli istehsal təşkil edib. Buradan 10,1 milyard kVt/saat elektrik enerjisi su elektrik stansiyalarında, 2,4 milyard kVt/saat istilik elektrik stansiyalarında, 83,4 milyon kVt/saatı isə ölkədə yeganə olan “Kartli” külək elektrik stansiyası hesabına istehsalı olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts