G7 ölkələri Ukraynaya dəstək vədlərini bir daha təsdiqləyiblər

Tokio, 13 dekabr , /AJMEDIA/

ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yaydıqları birgə bəyanatla Ukraynaya dəstək vədlərini bir daha təsdiqləyiblər.
AJMEDIA xarici KİV-lərə istinadla bildirir ki, Almaniyanın hazırda sədri olduğu “Böyük yeddilik” ölkələrinin liderlərinin onlayn görüşündə qəbul edilən birgə bəyanatda bu barədə deyilir: “Biz Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanın davam edən müharibəsinə qarşı Ukrayna ilə həmrəy olduğumuzu bildiririk”.
Sənəddə Rusiyanın Ukraynadakı kritik infrastrukturlara qeyri-insani və qəddar hücumları pislənilib və onun mülki şəxslərə qarşı hərəkətlərinin müharibə cinayətləri olduğu xatırladılıb. G7 ölkələri, həmçinin Rusiyadan müharibəni dərhal dayandırmağı, ordusunu Ukrayna ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarmasını tələb ediblər.
Bəyanatda “Taxıl dəhlizi” sazişinin müddətinin uzadılmasından məmnunluq ifadə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts