Gənclər arasında Avropa birinciliyinin ikinci günündə taekvondoçularımız iki qızıl medal qazanıblar

Tokio, 14 Noyabr, /AJMEDIA/

Gənclər arasında keçirilən Avropa birinciliyində iki taekvondoçumuz fəxri kürsüyə yüksəlib.

Azərbaycan Taekvondo Federasiyasından AJMEDIA-ya bildiriblər ki, Bosniya və Herseqovinada təşkil olunan qitə birinciliyində oğlanlar arasında Səyyad Dadaşov (51 kq), qızlar arasında isə Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.

İlk yarış günü isə 45 kiloqram çəki dərəcəsində Pünhan Mürsəlov yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub. Beləliklə, Azərbaycan iki qızıl və bir bürünc medalla ümumi hesabda ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Avropa birinciliyinə noyabrın 15-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts