Futbol üzrə millimiz bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq

Tokio, 25 sentyabr , /AJMEDIA/

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
AJMEDIA xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.
Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts