Fransada prezident seçkiləri başlayıb

Tokio, 10 aprel , /AJMEDIA/

Aprelin 10-da Fransada prezident seçkilərini birinci turu başlayıb. Fransızlar yerli vaxtla saat 08:00-dən səsvermə məntəqələrinə üz tutublar. Seçkilər axşam saat 19:00-dək, böyük şəhərlərdə isə 20:00-dək davam edəcək.

AJMEDIA xəbər verir ki, prezident seçkilərinin birinci turunda 48,7 milyon seçici səs verə biləcək.

Prezident seçkilərinə 12 namizəddən biri birinci turda səslərin mütləq əksəriyyətini toplaya bilərsə, seçiləcək. Əks təqdirdə, ən çox səs toplamış iki namizəd ikinci tura vəsiqə qazanacaq.

Səsvermənin nəticələri yerli vaxtla axşam saat 20:00-də açıqlanacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts