Fransada pensiya islahatına qarşı etirazlar zamanı 310 nəfər saxlanılıb

Tokio, 17 mart , /AJMEDIA/

Fransada hökumətin parlamentin təsdiqi olmadan pensiya islahatları keçirmək qərarına etiraz əlaməti olaraq başlayan kortəbii gecə aksiyalarının gedişində 310 nəfər saxlanılıb.
AJMEDIA xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen RTL telekanalının efirində açıqlayıb.
Baş nazir Elizabet Bornun Milli Assambleyada (parlamentin aşağı palatası) səsvermədən yan keçərək pensiya islahatı barədə qanun layihəsinin qəbul edilməsi üçün konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin işə salınmasına dair qərarından sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub.
Martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib. Lakin Milli Assambleyada səs çoxluğuna əmin olmayan Fransa hökuməti səsvermədən yan keçərək islahat qanununu qəbul edib.
İfrat sağçı “Milli birlik” partiyası rəhbəri Marin Le Pen bildirib ki, onun parlamentdəki fraksiyası hökumətə etimadsızlıq votumu irəli sürülməsini tələb edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts