“Fly Bosnia” aviaşirkətinin hava nəqliyyatı üzrə sertifikatı ləğv olunub

Tokio, 29 oktyabr , /AJMEDIA/

Bosniya və Herseqovinanın “Fly Bosnia” aviaşirkətinin uçuş operatoru sertifikatı ləğv olunub.
AJMEDIA xəbər verir ki, ölkənin Mülki Aviasiya İdarəsi illərdir itki ilə işlədiyi üçün “Fly Bosnia” aviaşirkətinin hava nəqliyyatı üzrə sertifikatını ləğv edib.
Qeyd edək ki, “Fly Bosnia” Sarayevodakı ən böyük ticarət mərkəzi “Sarajevo City Center” və paytaxtdakı müxtəlif otellərin sahibi olan Səudiyyə Ərəbistanının “Al Shiddi” qrupu tərəfindən təsis edilmişdi. Son dövrlərdə şirkətin uçacaq təyyarəsi belə yox idi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts