Erməni boksçu Azərbaycan idmançısı ilə döyüşə çıxmayıb

Tokio, 11 noyabr , /AJMEDIA/

Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir davam edir.
AJMEDIA xəbər verir ki, 16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə qoşulub.
Komandamızın heyətində Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən yarımfinala yüksəlib. Buna dörddəbir finalda rəqibi olan ermənistanlı Armen Quşçiyanın (Ermənistan) görüşdən imtinası və rinqə çıxmaması səbəb olub. M.Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə qarşılaşacaq. Bu döyüş noyabrın 12-də təşkil ediləcək.
Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçumuz dörddəbir final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.
Komandamızın digər üzvü, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından boksçumuz yarışla vidalaşıb.
Yarışda final döyüşləri noyabrın 13-də olacaq

Follow us on social

Facebook Twitter Youtube

Related Posts