Ərdoğanla Putin arasında görüşün vaxtı hələ müəyyənləşməyib

Tokio, 8 aprel , /AJMEDIA/

Türkiyə və Rusiya prezidentləri arasında görüşün vaxtı hələ müəyyən edilməyib.

AJMEDIA xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“İki ölkə arasında ən yüksək səviyyədə təmaslar hazırlanır. Onların vaxtı hələ müəyyən edilməsə də, yaxın gələcəkdə baş tutacağı gözlənilir”, – deyə Dimitri Peskov bildirib.

Kreml nümayəndəsi Rusiyadan bank köçürmələri ilə bağlı yaranan çətin vəziyyət fonunda türkiyəli həmkarı ilə görüşlərin təşkil edilib-edilmədiyi ilə bağlı suala cavabında deyib: “Bu vəziyyətdən çıxış yolu tapmaq üçün daim işçi səviyyəsində təmaslar aparılır. Mövcud problemlərin nədən qaynaqlandığı göz qabağındadır. Bu, hər iki tərəfin iqtisadiyyatına ciddi ziyan vurur”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts