Emmanuel Makron müstəmləkəçiliyə görə Əlcəzairdən üzr istəmək niyyətində deyil

Tokio, 12 yanvar , /AJMEDIA/

Fransa Prezidenti Emmanuel Makron müstəmləkəçilik dövrünə görə Əlcəzairdən üzr istəmək niyyətində deyil.
AJMEDIA xəbər verir ki, E.Makron bu barədə “Le Point” qəzetinə müsahibəsində deyib.
O, iki ölkəni barışdırmaq üçün birgə səyləri davam etdirmək məqsədilə əlcəzairli həmkarı Abdelmacid Tebbunu Parisdə qəbul edəcəyinə inanır.
“Mən üzr istəməyə ehtiyac görmürəm, məsələ bu deyil. Çünki belə jest bütün əlaqələri qıra bilər”, – deyə Fransa Prezidenti deyib.
Qeyd edək ki, Fransanın Əlcəzairdə müstəmləkəçilik siyasəti nəticəsində 1,5 milyon əlcəzairli qətlə yetirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts