Dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin doqquzuncu turunda daha səkkiz qarşılaşması keçirilib

Tokio, 13 Noyabr, /AJMEDIA/

Noyabrın 12-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin doqquzuncu turunda növbəti oyunları keçirilib.

AJMEDIA/ xəbər verir ki, gün ərzində 3 qrupda 8 qarşılaşma oynanılıb.

C qrupunda 14 xala malik qrup liderləri – İtaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Litva səfərdə Şimali İrlandiyaya minimal hesabla uduzub. Bu qrupdan İtaliya və İsveçrə ən azı pley-offda iştirak hüququ əldə edib.

F qrupunda Danimarka seçməsi DÇ-2022-də iştirakı vaxtından əvvəl təmin edib. Bununla belə, skandinaviyalılar Farer adaları üzərində inamlı qələbə qazanıblar. Şotlandiya isə Moldova səfərində 3 xal qazanaraq, qrupda ikinci pilləni rəsmiləşdirib.

I qrupunda isə İngiltərə Albaniyanı 5:0 hesabı ilə darmadağın etsə də, mundiala birbaşa vəsiqəni rəsmiləşdirə bilməyib. Çünki Polşa da Andorra səfərində böyük hesablı qələbəyə nail olub. Bununla belə, İngiltərə və Polşa ilk 2 pilləni təmin edərək, ən azı pley-offa vəsiqə qazanıblar.

Günün bütün görüşlərində və qruplarda olan vəziyyət aşağıdakı kimidir:

C qrupu

Şimali İrlandiya – Litva – 1:0;

İtaliya – İsveçrə – 1:1.

Qrupdakı vəziyyət: İtaliya 15 (7 oyuna), İsveçrə – 15 (7), Bolqarıstan – 8 (7), Şimali İrlandiya – 8 (7), Litva – 3 (7).

F qrupu

Moldova – Şotlandiya – 0:2;

Danimarka – Şimali İrlandiya – 3:1;

Avstriya – İsrail – 4:2.

Qrupdakı vəziyyət: Danimarka – 27, Şotlandiya – 20, İsrail – 13, Avstriya – 13, Farer adaları – 4, Moldova – 1.

I qrupu

Andorra – Polşa – 1:4;

Macarıstan – San-Marino – 4:0;

İngiltərə – Albaniya – 5:0.

Qrupdakı vəziyyət: İngiltərə – 23, Polşa – 20, Albaniya – 15, Macarıstan – 14, Andorra – 6, San-Marino – 0.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts