Dövlət Sərhəd Xidməti Zəfər Günü ilə əlaqədar təntənəli bayram konserti keçirib

Tokio, 7 noyabr , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbəmizi, xalqımızın sarsılmaz iradəsini və Silahlı Qüvvələrimizin qüdrətini özündə əks etdirən Zəfər Gününün ikinci ildönümünü sərhədçilər yüksək əhvali-ruhiyyə ilə qarşılayırlar.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AJMEDIA-ya bildirilib ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar DSX-nin “Sərhədçi” Mədəniyyət Mərkəzində təntənəli bayram konserti keçirilib.
Tədbirə dəvət olunmuş Vətən müharibəsi qaziləri və qonaqlar DSX-nin “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin Zəfər Gününə həsr etdikləri bayram konsertini fəxarət və qürur hissi ilə izləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts