DÇ-2022: Argentina yığması Meksika komandasını iki qolla məğlub edib

Tokio, 27 noyabr , /AJMEDIA/

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında günün son qarşılaşması keçirilib.
AJMEDIA xəbər verir ki, günün son oyununda Argentina və Meksika yığmaları üz-üzə gəliblər. Görüş Argentinanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun qollarını 64-cü dəqiqədə Lionel Messi və 87-ci dəqiqədə Enso Fernandes vurublar.
Beləliklə ikinci turdan sonra C qrupunda Polşa 4 xalla birinci yerdə qərarlaşıb. Argentina və Səudiyyə Ərəbistanı hərəyə 3 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Meksika isə 1 xalla 4-cü yerdədir.
Qeyd edək ki, günün ilk oyununda – D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. Günün digər matçında – C qrupunda Səudiyyə Ərəbistanı Polşa millisinə 0:2 hesabı ilə məğlub olub. Fransa yığması isə Danimarkaya 2:1 hesabı ilə qalib gəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts