Dani Alves doqquz il azadlıqdan məhrum oluna bilər

Tokio, 5 fevral , /AJMEDIA/

Ötən ilin yanvar ayında həbs olunan Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun keçmiş futbolçusu Dani Alves məhkəmə qarşısına çıxıb.

AJMEDIA xəbər verir ki, 2022-ci ildə Barselona şəhərində yerləşən gecə klubunda bir qadına cinsi təcavüz etdiyi iddiası ilə 13 aydır həbsdə olan 40 yaşlı veteran müdafiəçi növbəti dəfə qanun qarşısında ifadə verib. İlk məhkəməsində belə bir hadisənin yaşanmadığını söyləyən “sambaçı” son ifadəsində isə qarşı tərəfin razılığı ilə bunu etdiyini boynuna alıb.

Dövlət ittihamçısı Dani Alvesə 9 il həbs cəzası, həmçinin zərərçəkən qadına 150 min avro təzminat ödənməsini istəyib.

Qeyd edək ki, Dani Alves karyerası ərzində Kataloniya təmsilçisi ilə yanaşı, İspaniyanın “Sevilya”, İtaliyanın “Yuventus” və Fransanın PSJ kimi önəmli klublarının formalarını geyinib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts