Cüdoçularımız yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaqlar

Tokio, 24 avqust , /AJMEDIA/

Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı start götürəcək.
AJMEDIA xəbər verir ki, yarışda baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadənin rəhbərliyi altında Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev (66 kq), Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) çıxış edəcəklər.
Cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında iştirak edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts