Cüdoçularımız Portuqaliya Qran-Pri yarışında iştirak edəcəklər

Tokio, 26 yanvar, /AJMEDIA/

Cüdoçularımız yanvarın 28-30-da Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcəklər.

AJMEDIA xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi turnirdə kişilərdən ibarət milli komandanın baş məşqçisi Mövlud Mirəliyevin və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında 12 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Zelim Çkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aydan Vəliyeva, Şəfəq Həmidova (48 kq) və Səbinə Əliyeva (52 kq) güclərini sınayacaqlar.

Turnirdə 45 ölkədən 400-ə yaxın idmançının iştirakı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts