Cüdoçularımız açıq Avropa kuboku yarışının birinci günündə iki medal qazanıblar

Tokio, 12 iyun , /AJMEDIA/

Bu gün İspaniyanın paytaxtı Madriddə cüdo üzrə açıq Avropa kuboku yarışı start götürüb.
AJMEDIA xəbər verir ki, cüdoçularımız yarışın birinci günündə iki medal qazanıblar. Gümüş medalı komandamızın aktivinə Nazir Talıbov (60 kq) yazdırıb. Bürünc medalı isə qadın cüdoçumuz Leyla Əliyeva (48 kq) qazanıb.
Qeyd edək ki, Azərbaycanı yarışda 13 idmançı təmsil edir.
Qırx ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarış iki gün davam edəcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts