Çində meşə yanğınlarında 3 yanğınsöndürən ölüb

Tokio, 17 mart , /AJMEDIA/

Çin mediası ölkənin cənub-qərbindəki Sıçuan və Yünnan vilayətlərində müşahidə olunan meşə yanğınları nəticəsində insan tələfatı olması barədə xəbərlər yayıb.

AJMEDIA xəbər verir ki, Sıçuan vilayətinin Qarce Tibet muxtar prefekturasına aid Yacian rayonunda martın 15-də başlayan meşə yanğını ilə əlaqədar 11 kəndin təxminən 3400 sakini təxliyə edilib. Yanğınla mübarizəyə 1500-ə yaxın şəxsi heyət, texnika, 8 helikopter cəlb olunub. Güclü küləyin həm yanğının sürətlə yayılmasına səbəb olub, həm də yanğınsöndürmə işlərinə çətinlik yaradıb.

Yünnan vilayətinin Linçan şəhəri ərazisindəki meşədə martın 16-da axşamüstü yanğın başlayıb. Yanğınsöndürənlərin səyləri nəticəsində bir neçə saat sonra yanğın nəzarət altına alınsa da, 3 yanğınsöndürən ölüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts